AZ

Tusk: Ukrayna münaqişəsi başa çatmaq üzrədir - ÖZƏL

Polşanın Baş naziri Donald Tusk bəyan edib ki, Ukrayna münaqişəsi başa çatmağa yaxınlaşır.

O, bunu "X" sosial şəbəkəsindəki səhifəsində yazaraq əlavə edib ki, bununla əlaqədar olaraq Rusiya guya "Kiyevlə Varşavanı üz-üzə gətirmək üçün əlindən gələni edir".

"Ukrayna münaqişəsi sona yaxınlaşdıqca, Rusiya Kiyev və Varşavanı qarşı-qarşıya qoymaq üçün əlindən gələni edir. Ukraynalıların antipolşalı jestləri və Polşada antiukrayna əhval-ruhiyyəsinin qızışdırılması Putinin, xarici agentlərin və yerli axmaqların ssenarisidir", - deyə baş nazir bildirib.

Bununla yanaşı, Polşa Seyminin sədr müavini Kşiştof Bosak qeyd edib ki, Polşada Ukrayna ilə vizanın bərpa olunmasını istəyirlər.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
72
50
olaylar.az

10Mənbələr