AZ

NATO-nun keçmiş baş katibi: Müdafiə xərclərini 5%-ə qaldırmaq “ağrılı” olacaq – ÖZƏL

NATO-nun keçmiş baş katibi və Böyük Britaniyanın sabiq müdafiə naziri Corc Robertson bildirib ki, müdafiə xərclərini ÜDM-in 5%-nə yüksəltmək bəzi Avropa ölkələri, o cümlədən Birləşmiş Krallıq üçün "ağrılı" olacaq.

Olaylar.az xəbər verir ki, Politico-ya danışan Robertson deyib ki, bu, çətin proses olacaq və siyasətçilər riskləri və təhlükələri ictimaiyyətə izah etməlidirlər. Onun sözlərinə görə, hazırda Britaniya ictimaiyyəti ölkənin tam hava və raket müdafiə sisteminə malik olmadığından xəbərsizdir. "Əgər insanlar bunu bilsəydilər, müdafiə xərclərinin artırılmasına münasibət dəyişə bilərdi," - deyə o vurğulayıb.

NATO üzvləri 2014-cü ildə Birləşmiş Krallıqda keçirilən sammitdə müdafiə xərclərinin ÜDM-in 2%-nə çatdırılması barədə razılığa gəlmiş və bu hədəfin on il ərzində reallaşacağı bildirilmişdi. 2024-cü ildə alyansın 32 üzvündən 22-si bu səviyyəyə çatıb. 2024-cü ilin iyununda Haaqa sammitində NATO ölkələri 2034-cü ilə qədər hərbi xərclərin ÜDM-in 5%-nə qədər artırılması barədə qərar qəbul ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
50
olaylar.az

10Mənbələr