Bu haqda Ajans.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Qeyd edək ki, 2024-cü ilin iyul ayının 1-i ilə müqayisədə ölkədə dövlət sektorunda çalışanların sayı 23.3 min azalıb, qeyri-dövlət sektorunda çalışanların sayı isə 33.3 min nəfər artıb. Beləliklə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı son bir ildə 10 min nəfər artıb. Xatırladaq ki, 2025-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1097,3 manat təşkil edib.