“Qarabağ”ın yeni transferi Joni Montiel fərdi məşqlərini davam etdirir.
Sportinfo.az xəbər verir ki, ispaniyalı hələlik kollektivlə məşqlərə qoşulmayıb.
Onun qarşıdakı günlərdə komandaya qoşulacağı gözlənilir.
26 yaşlı vinger Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Şkendiya” ilə cavab görüşündən sonra avrokuboklar üçün UEFA-nın sifariş ərizəsinə daxil ediləcək.
Montiellə 2+2 illik müqavilə imzalanıb. Hücumameylli yarımmüdafiəçi “Qarabağ”da 9 nömrəli forma ilə çıxış edəcək. 26 yaşlı sol vinger “Rayo Valyekano”nun yetirməsidir. O, 2015-ci ildə əsas komandaya keçib.
Joni klubda keçirdiyi 10 ildə icarə əsasında “Toledo”, “Deportivo” (La-Korunya), “Ovyedo”, “Valyadolid”, “Levante” və “Burqos”da icarədə olub. İspaniyanın U-17, U-18 və U-19 yığmalarının formasını geyinib.