AZ

Paytaxt klubuna keçə bilər - “Yuventus”un yarımmüdafiəçisi

“Yuventus”un yarımmüdafiəçisi Ueston Makkenninin karyerasını A Seriyasının başqa klubunda davam etdirmək ehtimalı var.

Sportinfo.az “Tuttosport”-a istinadən xəbər verir ki, 26 yaşlı futbolçunun xidmətində “Roma” maraqlıdır.

Makkenninin bazar dəyəri 22 milyon avro təşkil edir.

Son mövsümdə A Seriyasında “Yuventus”un heyətində 32 oyun keçirən amerikalı yarımmüdafiəçi 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
93
13
sportinfo.az

10Mənbələr