AZ

Bu kəndə gedən bir gecədə milyonçu olur

Afrika təbii sərvətləri və qiymətli daşları ilə dünyanın ən zəngin qitələrindən biri olsa da, Sierra Leone-nin Kono bölgəsindəki kiçik bir kənd öz möcüzəvi zənginlik hekayələri ilə tanınır.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, "Almaz paytaxtı" kimi məşhur olan Koidu şəhərinə yaxın yerləşən kənddə bəzən bir günlük qazıntı milyonlarla dollar dəyərində daşların tapılması ilə nəticələnir və bu, insanların həyatını tamamilə dəyişir.

Səyahət bloqeri Gano “Afrikanın danışılmamış hekayələri” adlı "YouTube" kanalında bu kənddə keçirdiyi iki günü izləyicilərlə bölüşüb. 

"Bəzən illərlə heç nə tapmazsınız. Amma şanslı olsanız, tək bir daş həyatınızı sonsuza qədər dəyişdirə bilər", - o,  qeyd edib. 

Məlumata görə, kənddə çıxarılan almaz və qızıllar əvvəlcə şəhərdəki ofislərdə toplanır, daha sonra Dubay, Çin, Hollandiya və ABŞ kimi ölkələrə göndərilir . Bildirilir ki, keyfiyyətli bir kiloqram almazın qiyməti 5 milyon dollara qədər yüksələ bilir.

Kiçik miqyaslı bir günlük qazıntıdan orta hesabla 2–3 qram qızıl çıxarılır. Bölgədə ilk  almazlar  1930-cu illərdə aşkar edilib və o vaxtdan bəri bura, şansını sınamaq istəyənlərin sevimli məkanına çevrilib.

Seymur Əli  

Seçilən
16
50
unikal.az

10Mənbələr