Ulduz futbolçu Kriştiano Ronaldo 9 illik sevgilisi ilə ailə qurur.
Bizim.Media xəbər verir ki, Ronalda 4 uşağının anası Corcinaya evlilik təklifi edib.
Bu barədə Corcina instaqram səhifəsində məlumat yayıb. O, üzüyünün fotosunu izləyiciləri ilə bölüşərək “hə” dediyini açıqlayıb.
Qeyd edək ki, Ronaldonun ümumilikdə 5 övladı var. Onun böyük oğlunun anasının kimliyi məlum deyil.
Qalan 4 uşaqdan ikisi surroqat ana vasitəsilə dünyaya gəlsə də, anaları Corcinadır.
Sara, Bizim.Media