AZ

Sürücü yük maşını ilə iki dəfə insanları əzməyə CƏHD ETDİ – VİDEO

Novosibirskdə yük maşını sürücüsü iki dəfə insanları əzməyə cəhd edib.

Interpress.az xəbər verir ki, Rusiyanın Novosibirsk şəhərində “Howo” markalı yük maşınının sürücüsü iki dəfə insanların üzərinə sürərək onları əzməyə cəhd edib.

Hadisə şəhərin Kirov rayonunda, bir barın yaxınlığında baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, ilk dəfə insanların qaçaraq təhlükədən xilas olması mümkün olub. İkinci dəfə isə onlar bara daxil olaraq canlarını qurtarıblar.

İlkin məlumatlara əsasən, sürücü bu hərəkəti dostunun bar müştəriləri tərəfindən əvvəlki gün döyülməsinə görə intiqam məqsədilə edib.

Faktla bağlı cinayət işi açılıb, sürücünün axtarışları davam etdirilir.

Xuraman Etibarlı

Interpress.az

Seçilən
59
42
interpress.az

10Mənbələr