AZ

Rusiyaya qarşı yeni sanksiya paketi hazırlanır

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni sanksiya paketi hazırlayır. 

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Rusiyaya qarşı 19-cu sanksiya paketinin işə salındığını bildirib.

Kallas Moskvanı atəşkəslə bağlı doğru addımlar atmağa çağırıb. O bildirib ki, ilk növbədə atəşkəs təmin edilməlidir. 

Onun sözlərinə görə, Rusiya tərəfdən etibarlı monitorinq sistemi təmin edilməli və ciddi təhlükəsizlik zəmanətləri lazımdır.

“Rusiya qeyd-şərtsiz atəşkəsə razı olmadığına görə, biz heç bir güzəşti müzakirə etməyəcəyik”, - deyə Kallas bildirib. 

Qeyd edək ki, bundan əvvəl Rusiyaya qarşı ard-arda 17 və 18-ci sanksiya paketi hazırlanıb. 

Seçilən
98
50
qafqazinfo.az

10Mənbələr