AZ

Kallas: Rusiya ilə Ukrayna arasında müharibəni bitirmək üçün Transatlantik birliyə ehtiyac var

Avropa İttifaqının (AI) xarici işlər nazirləri ABŞ-nin Ukraynada ədalətli sülhə gətirib çıxaracaq addımlarını dəstəklədiklərini bildiriblər.

"Report"un Avropa Bürosunun məlumatına görə, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Aİ Xarici İşlər Nazirləri Şurasının videoformatda keçirilən növbədənkənar iclasının yekunları üzrə deyib.

"Transatlantik birlik, Ukraynaya dəstək və Rusiyaya təzyiq - beləcə biz bu müharibəyə son qoyacağıq və Rusiyanın Avropada gələcək təcavüzünün qarşısını alacağıq", - Kallas bildirib.

Avropa diplomatiyasının rəhbəri qeyd edib ki, Aİ Rusiyaya qarşı yeni sanksiyalar, Ukraynanın büdcə ehtiyacları və Aİ-yə qəbul prosesi üçün hərbi yardımın və əlavə dəstəyin artırılması üzərində işləyir.

Qeyri-rəsmi görüşün gündəmindəki ikinci məsələ Qəzzada müharibə olub. Kallasın sözlərinə görə, hər keçən saat daha təhlükəli olur. Aİ-nin prioritetləri humanitar dəstək, o cümlədən QHT-lərin anklavlara çıxışı, dərhal atəşkəs və qalan girovların azad edilməsidir.

"Hərbi həll mümkün olsaydı, müharibə artıq bitərdi", - Kallas vurğulayıb.

Seçilən
101
50
report.az

10Mənbələr