AZ

Gül suyunun gül kimi təsiri

Gül suyu dərimizi təmizləyən və nəmləndirən ən təbii kosmetik maddələrdən biridir. 

Dəriyə faydaları isə saysız-hesabsızdır. Hit.az- xəbər verir ki, gül suyu faydalı və təbii tərkibinə görə Qərb dünyasının kosmetik sənayesində əvəzolunmaz maddələrdən biridir.

Təravətləndirici və rahatlaşdırıcı təsirinə görə aromaterapiyada da istifadə olunur.

Gül suyu təbii və çox yönlü məhsuldur. Xüsusilə, dəri baxımında geniş istifadə edilən qızılgül suyu xoş qoxusu sayəsində ətir kimi də istifadə oluna və bəzi yeməklərə ləzzət qata bilər.  

Bundan əlavə  gül suyu stressin təsirlərini azaldır və yuxunu asanlaşdırır, sinir sisteminin rahatladır, iltihab əleyhinə təsiri ilə nəfəs almağı rahatlaşdırır və boğaz ağrısını aradan qaldırır, gözdə quruluq, qaşınma, sancma və yanma kimi müxtəlif vəziyyətlərin müalicəsində fayda təmin edir.

Sevinc

Seçilən
80
23
hit.az

10Mənbələr