AZ

Atatürkün ürək xəstəliyi ilə bağlı gizli məlumatlar üzə çıxdı

BAKI, 11 avqust. TELEQRAF

Atatürkün 1923-1927-ci illər arasında ürək xəstəliyi yaşamasına dair məlumatlar aşkarlanıb.

Teleqraf xəbər verir ki, Osmanlı Arxivləri, Respublika Arxivləri və Xarici İşlər Nazirliyi Arxivlərindəki tibbi hesabatlara görə, Atatürk iki dəfə ürəyində ciddi problem ilə üzləşib.

Hesabatlara görə, 1923-cü ildə Atatürkün ürək xəstəliyinin ilk əlamətlərini Dr.Refik Saydam, Prof.Dr.Neşet Ömər İrdelp və Dr.İbrahim Tali bəy müəyyən edib.

Arxiv hesabatlarında onun ürək xəstəliyinin səbəblərinin həddindən artıq yorğunluq və siqaretdən qaynaqlanan stenokardiya və ya “miokardit” olduğu göstərilib.

1927-ci ildə təkrarlanan ikinci ciddi ürək problemindən sonra həkimlər ona gündə sadəcə 6 siqaret və 3 fincan qəhvəyə icazə veriblər.

1927-ci ildəki təkrar həkim müayinəsində qeyd edilib: “Xəstənin 46 yaşı var. İki həftə əvvəl döş qəfəsinin mərkəzindən başlayan və sol qoluna yayılan şiddətli ağrı olub və bu ağrı iki dəfə təkrarlanıb. Ailə anamnezində atasının gənc yaşlarında qəfil xəstəlikdən, anası isə xroniki ürək çatışmazlığından vəfat etdiyinə dair məlumat var. Müntəzəm spirtli içki qəbul edən şəxs son doqquz ildə ağır fiziki və zehni yorğunluqdan əziyyət çəkir”.

Seçilən
80
38
teleqraf.com

10Mənbələr