AZ

İxtisas seçimi başladı - Abituriyentlər nələrə diqqət etməlidirlər?

Azərbaycanda 2025–2026-cı tədris ili üçün ali təhsil müəssisələrinə ixtisas seçimi prosesi rəsmən start götürüb. Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, abituriyentlər bu gündən etibarən müəyyən olunmuş tarixədək öz ixtisas seçimlərini elektron qaydada edə bilərlər.

İxtisas seçimi mərhələsi ali məktəblərə qəbul prosesinin ən vacib hissələrindən biridir. Burada abituriyentlər topladıqları bal, maraq dairələri, gələcək peşə planları və əmək bazarının tələblərinə uyğun olaraq seçim edirlər. DİM ekspertləri bildirirlər ki, səhv və tələsik seçim abituriyentin illərlə arzuladığı fakültəyə daxil olma şansını itirməsinə səbəb ola bilər.

Seçim necə aparılır?

Abituriyentlər “Abituriyent” jurnalının son buraxılışında və DİM-in rəsmi saytında yerləşdirilmiş ixtisas cədvəllərindən istifadə etməlidirlər. Seçimlər yalnız şəxsi “şəxsi kabinet” vasitəsilə, onlayn qaydada təsdiqlənir.

Siyahı hazırlanarkən prioritetlər düzgün müəyyən olunmalıdır: birinci yerdə ən çox istənilən ixtisaslar, sonrakılarda alternativ seçimlər qeyd olunmalıdır.

Təhsil üzrə mütəxəssislər abituriyentlərə məsləhət görür ki, yalnız balına uyğun deyil, həm də öz qabiliyyətlərinə və maraqlarına uyğun ixtisas seçsinlər. Əmək bazarında tələbat yüksək olan, gələcəkdə karyera imkanları geniş peşələrə üstünlük verilməsi tövsiyə olunur.

İxtisas seçimi üzrə aparılan kampaniyada ən çox zərər çəkən qrup üçüncü qrup olacaq. Çünki bu ixtisas qrupu üzrə artım yoxdur.

Bu fikirləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

"Bu il üçün bilirsiniz 5000 plan yeri artırılıb. Deməli, qəbul olan abituriyentlərin sayı 60 500-ə çatdırılıb. Ötən illə müqayisədə təxminən 5700 nəfər çox deməkdir. Amma təəssüflər olsun ki, üçüncü qrup üzrə çox az miqdarda əlavələr olub. Ona görə də üçüncü qrupda bu məsələ bir qədər gərgin keçəcək. Yəni, seçim məsələsi gərgin olacaq.

Təhsil eksperti qeyd edib ki, ümumilikdə 60 500 yerə qarşı 130 min abituriyent mübarizə aparacaq.

“Bu say çox görünməyə bilər, amma ümumi baxışda yarıbayarı artıq abituriyentlər qəbuldan kənarda qalacaqlar. Yəni, bugünkü mənzərə odur ki, ötən illərlə müqayisədə, birinci və üçüncü qrup üzrə kifayət qədər gərginlik müşahidə olunacaq. Amma ikinci qrup və dördüncü qrup qismən, sabit qruplardandır ki, bunlarda hər il olduğu kimi bu il də elə ciddi gərginlik gözlənilmir”, - deyə Məzahir Məmmədli vurğuladı.

Seçilən
14
50
operativmm.az

10Mənbələr