AZ

İxtisas seçimində övladının yerinə qərar verən valideynlərə XƏBƏRDARLIQ

Xəbər verdiyimiz kimi, bu gündən avqustun 19-dək ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi davam edəcək. Hazırda abituriyentləri ən çox maraqlandıran məsələ seçəcəkləri ixtisas və universitetdir.

Hər birinin bununla bağlı xəyalları, arzuladıqları ixtisaslar var.

Ancaq bəzən bu arzulara valideyn müdaxiləsi maneə olur. Belə ki, valideyn istəyinə görə ürəklərdə qalan arzular heç də az deyil. Ancaq nəzərə almaq lazımdır ki, bir insan hər hansı bir ixtisası  sevmirsə, gələcəkdə bu sahə üzrə peşəkara çevrilməsi də çətindir.
 

MÖVZU İLƏ BAĞLI:

Abituriyentlərin NƏZƏRİNƏ! İxtisas seçiminə start verilir


Əlbəttə, bir peşəni istəməyərək, təzyiqlə seçmək psixoloji cəhətdən də mənfi təsir edə bilər.      

Psixoloq Ofelya Məmmədova Bizim.Media-ya açıqlamasında həmin təsirlərdən danışıb, valideynlərə xəbərdarlıqlar edib.

O ilk olaraq, vurğulayıb ki, valideyn övladına seçim haqqı verməlidir.

“İxtisas seçimi  sadəcə bir sənəd doldurmaq deyil. Bu, bir gəncin şəxsiyyətini, gələcəyini, özünü tapma yolunu müəyyən edən kritik bir mərhələdir.

Valideynin bu mərhələdə göstərdiyi təzyiq, nəzarət və məcburiyyət, gəncin özünə inamını, daxili güvənini, özünü ifadə etmə haqqını əlindən alır. Təəssüf ki, bəzi valideynlər övladlarının arzularını deyil, öz istəklərini reallaşdırmağa çalışır. Onlar illər əvvəl reallaşmamış xəyallarını övladlarının çiyninə yükləyirlər. Nəticədə isə gənclər istəmədikləri ixtisasları seçməyə məcbur olurlar”.

“Hər kəs öz yolunu özü tapmalıdır”.

Ofelya Məmmədova da qeyd edib ki, düzdür, uşaq bəzən seçim edə bilmir, amma bu, onun yerinə qərar vermək haqqı yaratmır.

“Bəli, gənclər hələ özlərini tam tanımaya bilərlər. Onlar təsirə açıq ola, bəzən emosional seçimlər edə bilərlər.


Amma bu zaman valideynin rolu onun əvəzinə seçim etmək deyil, onunla birgə düşünmək, ona bələdçilik etmək, seçim etməyi öyrətməkdir. Buraxın, son qərarları özləri versin. Çünki seçimi özü edən uşaq məsuliyyət daşımağı öyrənir, öz seçiminə sahib çıxırdaha güclü, inamlı və xoşbəxt olur”.

Nəzrin Mirzəyeva, Bizim.Media

Seçilən
30
24
bizim.media

10Mənbələr