AZ

Bir ayda iki dəfə lotereyanın qalibi oldu, 2,2 milyon dollar uddu

ain.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-ın Şimali Karolina ştatının Uillo-Sprinq şəhərində yaşayan Cenifer Klaynendorst cəmi bir ay ərzində iki dəfə lotereyada qalib gələrək ümumilikdə 2,25 milyon ABŞ dolları qazanıb. 

Qaynarinfo xəbər verir ki, UPI-nin məlumatına görə, o, əvvəlcə "2025 Multiply The Cash Second Chance" lotereyasında 250 min dollar, daha sonra isə "100X The Cash" oyununda 2 milyon dollar əldə edib.

Klaynendorsta uduşunu iki üsulla almaq təklif olunub - hər ay 100 min dollar olmaqla mərhələli şəkildə və ya bütün məbləği birdəfəlik. O, pulları dərhal götürməyi seçib.

Aydın

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
50
qaynarinfo.az

10Mənbələr