Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Türkiyənin Çanaqqala vilayətində, Kəpəz rayonunda meşə yanğını nəticəsində Çanaqqala boğazını tüstü bürüyüb.
“Qafqazinfo” Tükiyə mətbuatına istinadən xəbər verir ki, sakinlər dəniz yolu ilə evakuasiya edilir.
Havadan və qurudan yanğınların söndürülməsi işləri davam edir.
Məlumata görə, Gözəlyalı məhəlləsindəki bağ evləri alova büründüyündən, ərazidəki bağ evlərinin sakinlərini təxliyə etmək üçün gəmilər cəlb olunub. Dəniz yolu ilə ərazidən 84 nəfərin təxliyə edildiyi bildirilir.
Çanaqqalanın Kəpəz rayonunda əkinçilik sahəsində başlayan və daha sonra meşəlik ərazilərə yayılan yanğın şiddətlənməkdə davam edir.
Daha sürətlə yayılan meşə yanğını ilə mübarizə üçün yanğınsöndürənlər var gücü ilə çalışır.
***
Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi Çanaqqalada davam edən meşə yanğını səbəbindən Çanaqqala Hava Limanının bağlandığını açıqlayıb. Açıqlamada, “Çanaqqala Hava Limanının uçuş-enmə zolağı 11 avqust 2025-ci il saat 19:30-a qədər bütün uçuşlar üçün müvəqqəti olaraq bağlanıb. Dövlət təyyarələri, təcili yardım təyyarələri, axtarış-xilasetmə və yanğınsöndürmə təyyarələri istisna olmaqla uçuş üçün qapalıdır”, -deyə bildirilib.
Yanğın səbəbindən cənubdan şimala gedən nəqliyyatın hərəkəti də bir istiqamətdə bağlanıb.
Çanaqqalanın Çınarlı bölgəsində baş verən yanğına 9 təyyarə və 10 helikopterlə havadan, 69 texnika və 685 nəfərlik heyətlə isə qurudan müdaxilə olunur.
Çanaqqala valisi Ömər Toraman “X” hesabında paylaşım edərək, Çanaqqala mərkəz rayonunda yanğının küləyin təsiri ilə sürətlə yayıldığını bildirib. O, bölgədə yaşayan vətəndaşların təxliyəsinə başlanıldığını deyib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.