
Avstraliya hakimiyyəti, övladlarını öldürməkdə əsassız olaraq ittiham edilərək 20 il həbsdə qalan qadına 2 milyon Avstraliya dolları (təxminən 1,3 milyon ABŞ dolları) kompensasiya təklif edib.“Uzun illərdən sonra yeni sübutlar araşdırma üçün təqdim olundu. Nəticədə, Ketlin Folbiqq azadlığa buraxıldı və ona qarşı irəli sürülən ittihamlar ləğv edildi. İndi isə o, həbsxanada keçirdiyi 20 ilə görə 2 milyon Avstraliya dolları ala bilər ki, bu da vəkillərin sözlərinə görə, olduqca kifayətsizdir”, – deyə materialda qeyd olunur.Vəkilin sözlərinə görə, hakimiyyətin təklif etdiyi kompensasiya “Folbiqqin yaşadığı ağrı və iztirabların miqyasını əks etdirmir”.Avstraliyalı qadın, bir il ərzində 19 günlükdən 19 aylığa qədər olan dörd körpəsinin qəfil ölümü səbəbindən 40 il həbs cəzasına məhkum edilmişdi. Araşdırma zamanı hüquq-mühafizə orqanları azyaşlıların boğulduğuna dair heç bir sübut tapmamışdı, lakin qadının gündəliyində onların ölümünə görə özünü günahkar saydığına dair qeydlərin olduğunu iddia etmişdilər.Ulusum.az
Diqqət Çəkənlər
Fərizə — Vəfanın, Sevginin, Qəhrəmanlığın adı - VİDEO
Cəlilabadlı qadın kəndə hücum edən çaqqalı əl gücü ilə məhv etdi - VİDEO
Putin–Tramp sammiti: Ukraynanın səssiz məğlubiyyəti?