AZ

Avstraliya Qəzzaya 13 milyon dollar humanitar yardım göndərəcək

Avstraliya Qəzza zolağına 13 milyon dollar yardım edəcək və bu vəsait ərzaq, zəruri malların tədarükü üçün istifadə olunacaq.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Penni Vonq məlumat verib.

“Avstraliya Qəzzada qadın və uşaqlar üçün müvəqqəti xəstəxanalara qida, tibbi ləvazimat və digər həyati əhəmiyyətli dəstəyi sürətlə çatdırmaq üçün daha böyük imkanlara malik təşkilatlara əlavə 20 milyon Avstraliya dolları (13 milyon ABŞ dolları) verəcək”,- deyə açıqlamasa bildirilib.

Vəsaitlər BMT-nin Ümumdünya Ərzaq Proqramı, UNICEF, Beynəlxalq Qırmızı Xaç Komitəsi və İordaniya Xeyriyyə Fondunun missiyalarına ayrılacaq.

Ölkənin xarici işlər naziri bəyan edib ki, Kanberra İsrailin bölgəyə yardımın tam və dərhal bərpasına icazə vermək üçün beynəlxalq çağırışlara qoşulub.

//Gülnarə Abasova, Editor.az

Seçilən
61
16
editor.az

10Mənbələr