
“Azərbaycan və Ermənistan arasında ABŞ-də əldə olunan razılaşma davamlı sülhə gedən yolda tarixi bir addımdır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında danışıb.
Türkiyə lideri qeyd edib ki, şənbə günü Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı aparıb:
“30 illik işğaldan sonra Qarabağın azadlığına qovuşması ilə bölgəmizdə yeni mərhələ başlayıb. 8 avqustda Vaşinqtonda imzalanmış saziş Cənubi Qafqazda davamlı sülhə gedən yolda tarixi bir addımdır.