AZ

Ərdoğan: Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşma davamlı sülhə gedən yolda tarixi bir addımdır

“ABŞ-da Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşma davamlı sülhə gedən yolda tarixi bir addımdır.”

APA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə Prezidenti şənbə günü Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı apardığını qeyd edib: “30 illik işğaldan sonra Qarabağın azadlığına qovuşması ilə bölgəmizdə yeni mərhələ başlamışdı. 8 avqustda Vaşinqtonda imzalanmış saziş Cənubi Qafqazda davamlı sülhə gedən yolda tarixi bir addımdır.

Azərbaycana qarşı sanksiyaların qüvvədən düşməsi də sevindiricidir. Türkiyə olaraq Azərbaycanın yanında olacağıq”.

O, Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı apardığını xatırladıb və telefon danışığında bölgədəki kommunikasiyaların açılması, Türkiyə-Ermənistan sərhədinin hansı şərtlər daxilində açılacağını müzakirə edib.

Seçilən
24
50
apa.az

10Mənbələr