AZ

Sonadək ciddi oynamalıyıq, çünki... - Qurban Qurbanov

Sabah bizi vacib oyun gözləyir.

Axar.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda Şimali Makedoniyanın “Şkendiya” klubuna qarşı keçirəcəkləri cavab oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəsssis rəqibin iddialı komanda olduğunu bildirib:

"Döyüşkən mübarizə aparırlar. Matça pis hazırlaşmamışıq. Sonadək ciddi oynamalıyıq. Hər iki komandanın növbəti mərhələyə çıxmaq şansı var. Onlar bundan əvvəl FKSB-ni mübarizədən kənarlaşdırıblar. Halbuki çoxları rumınların mərhələ keçəcəyini gözləyirdi, lakin fərqli ssenari oldu".

O, ilk görüşdə zəif çıxış edən Kadi Borges haqqında danışıb:

"Hər kəs Kadidən daha çoxunu gözləyir. Amma unutmaq olmaz ki, rəqib də güclüdür. Əslində, Kadi verdiyim tapşırıqları yerinə yetirməyə çalışırdı. Texniki səhvlər hər bir oyunçuda olur".

Q. Qurbanov Emmanuel Addainin rejiminə fikir verməməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:

"İnsan istər-istəməz rejimini dəyişəndə fərqlilik olur. Bizim yeməklər də dadlı olduğu üçün heç kim dayana bilmir. Addaiyə kiçik cəzalar vermişəm. Mən tərəfdən müəyyən narazılıqlar olub. Lakin indi hər şey dəyişib. Artıq əvvəlki futbolçu deyil".

Transfer məsələsindən də söz açan 53 yaşlı çalışdırıcı bir neçə futbolçu ilə danışıqlar apardıqlarını söyləyib:

"Onlardan biri də Andre Klovisdir. Lakin desəm ki, sabah onu buraya gətirəcəyik, yalan olar. İndiyədək gətirdiyimiz oyunçulardan razı qalmışıq. Çalışırıq ki, nöqtə transferler edək".

Qeyd edək ki, avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Ağdam klubu ilk görüşdə 1:0 hesablı qələbə qazanıb.

Seçilən
49
50
axar.az

10Mənbələr