AZ

Avropadan vətəninə qayıtdı

Netonun yeni klubu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, “Arsenal”ın və “Yuventus”un 36 yaşlı sabiq qapıçısı “Botafoqo”ya keçib. Bu haqda Braziliya klubunun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı futbolçu ilə müqavilənin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Qapıçı “Bornmut”dan ayrıldıqdan sonra azad agent olduğu üçün yeni klubuna pulsuz keçib.

Neto ötən mövsüm 4 oyun keçirib və 4 qol buraxıb.

Seçilən
47
11
football-plus.az

8Mənbələr