AZ

Meksikadan İspaniyaya qayıtdı

Pau Lopes yenidən Avropada çıxış edəcək.

"Football-plus.az" xəbər verir ki, sonuncu klubu “Toluka” (Meksika) olan məşhur qapıçı “Betis”ə keçib. Bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı qolkiperlə imzalanan müqavilənin müddəti 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Pau 2018/19 mövsümündə də “Betis”də oynayıb. O, karyerası ərzində “Espanyol”, “Tottenhem”, “Roma”, “Marsel” və “Jirona”da da çıxış edib.

Seçilən
33
11
football-plus.az

8Mənbələr