AZ

Uşaqlarımız üçün işıqlı və təhlükəsiz gələcək təmin edəcəyik”

Xalqcebhesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

"44 günlük Vətən müharibəsində və 24 saatlıq antiterror əməliyyatları nəticəsində əldə etdiyimiz parlaq qələbə Cənubi Qafqazın geosiyasətində əsaslı dəyişikliklərə səbəb olmaqla yanaşı ənənəvi güc balansını dəyişdi və regional sülh və təhlükəsizlik üçün yeni imkanlar, çağırışlar yaratdı".

Bunu "Xalq Cəbhəsi"nə YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev deyib.

O, qeyd edib ki, ərazi bütövlüyünü bərpa edən dövlətimiz Cənubi Qafqazda yeni bir dövrün, sülh və inkişaf üçün fürsət dövrünün başlanmasında əsas rol oynamaqdadır. Azərbaycan Respublikası hər zaman beynəlxalq hüquqa əsaslanaraq bölgədə sülh və təhlükəsizliyin bərpası üçün Ermənistanla sülh müqaviləsinin imzalanmasının tərəfdarı olub. Dövlətimizin başçısı dəfələrlə müxtəlif platformalarda bəyan etmişdir ki, ərazi bütövlüyünün tanınması, ərazi iddialarından əl çəkmək, kommunikasiyaların açılması, delimitasiya və gücün tətbiq edilməməsi Azərbaycanla Ermənistan arasında sülhün nizamlanması istiqamətində fundamental prinsiplərdir:"Xüsusi qeyd etməliyik ki, Azərbaycan dövləti artıq postmüharibə dövründə fəaliyyətini yeni reallıqlar və yeni çağırışlar üzərində qurur. Bildiyimiz kimi 07 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə ABŞ-a, Vaşinqtona işgüzar səfərə getmiş və bu səfər müstəqillik tariximizin ən mühüm məqamlarından birinə çevrilmişdir. Səfər çərçivəsində ilk öncə dövlətimizin başçısı ABŞ Prezidentinin xüsusi elçisi Steve Witkoff ilə görüşmüş və həmin görüşdə bir sıra mühüm sənədlər imzalanmışdır. Səfərin ertəsi günü isə biz daha mühüm tarixi hadisələrə şahidlik etmiş olduq. Belə ki, 08 avqust 2025-ci il tarixində cənab Prezidentin təbirincə desək “dünyanın bir nömrəli paytaxtında, dünyanın bir nömrəli ofisində” Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Trump və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi və tarixi sülh bəyannaməsi imzalandı. Bütün dünyanın izlədiyi bu görüş, imzalanan Bəyannamə 30 ildən çox davam edən Azərbaycan–Ermənistan qarşıdurmasına siyasi dönüş nöqtəsi kimi qiymətləndirilməlidir".Daha sonra mətbuata bəyanatla çıxış edən və jurnalistlərin məhdud sayda suallarını cavablandıran hər üç dövlət başçısı mühüm mesajlar verdi. Dövlətimizin başçısı öz çıxışında bu səfəri yüksək əhəmiyyətli və uğurlu səfər kimi dəyərləndirdi və ABŞ Prezidentinin bu prosesdə rolunu "çox mühüm diplomatik nailiyyət" kimi qeyd etdi. Cənab Prezident xüsusi olaraq vurğuladı ki, “Bu gün həqiqətən də tarixi gündür, çünki biz sülhü bərqərar edirik. Əminəm ki, biz qarşıdurma və qan tökülməsi səhifəsini çevirəcəyik, uşaqlarımız üçün işıqlı və təhlükəsiz gələcək təmin edəcəyik”.Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında imzalanan Sülh Bəyannaməsi, Cənubi Qafqazda onilliklərdir davam edən münaqişələrə son qoymaq istiqamətində tarixi dönüş nöqtəsi oldu. Bu sənəd 30 ildən artıq davam etmiş gərginliyin və hərbi qarşıdurmaların yerini diplomatiya, iqtisadi əməkdaşlıq və qarşılıqlı etimada əsaslanan münasibətlərə verməyi hədəfləyir. Eyni zamanda bu sənəd regionda sabitliyin bərqərar olmasına, enerji və nəqliyyat layihələrinin sürətləndirilməsinə xüsusi təkan verəcəkdir:

"Ermənistanla imzalanmış Sülh Bəyannaməsi yalnız iki ölkə arasında barışıq sənədi deyil, həm də Cənubi Qafqazın gələcək inkişaf strategiyasının əsas sütunlarından biridir. Bu sənədin uğurla icrası regionda dayanıqlı sülh, davamlı iqtisadi inkişaf və xalqlar arasında qarşılıqlı hörmətin bərqərar olması üçün mühüm zəmin yaradır. Vaşinqton səfəri və imzalanmış sənəd bir daha Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətin nə qədər qətiyyətli olduğunu bütün dünyaya nümayiş etdirdi. Sevindirici və qürurverici haldır ki, Möhtərəm cənab Prezidentin “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm" sözləri bu gün reallığda öz təsdiqini tapır".

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
50
icma.az

10Mənbələr