AZ

Bakıda cüdo məşqçiliyi üzrə sertifikat proqramına start verildi

Bakıda Beynəlxalq Cüdo Federasiyası (BCF) Akademiyasının cüdo məşqçiliyi üzrə sertifikat proqramına start verilib.

Bu barədə News24.az-a Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən bildirilib.

ACF və Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən proqrama ölkəmizlə yanaşı, Gürcüstan və Özbəkistandan olmaqla ümumilikdə 48 məşqçi qatılıb.

Proqram çərçivəsində təşkil olunan seminarlar BCF Akademiyasının ekspertləri tərəfindən keçirilir. Təlimləri uğurla başa vuran iştirakçılara beynəlxalq sertifikat təqdim olunacaq.


Seçilən
119
10
news24.az

10Mənbələr