AZ

Bakıda Beynəlxalq Cüdo Federasiyası Akademiyasının məşqçilik üzrə sertifikat proqramına start verilib

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı,11 avqust, AZƏRTAC

Avqustun 11-də Bakıda Beynəlxalq Cüdo Federasiyası (BCF) Akademiyasının cüdo məşqçiliyi üzrə sertifikat proqramına start verilib.

Azərbaycan Cüdo Federasiyasından (ACF) AZƏRTAC-a verilən məlumata görə, ACF və Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən proqrama ölkəmizlə yanaşı, Gürcüstan və Özbəkistandan olmaqla ümumilikdə 48 məşqçi qatılıb.

Proqram çərçivəsində təşkil olunan seminarlar BCF Akademiyasının ekspertləri tərəfindən keçirilir.

Təlimləri uğurla başa vuran iştirakçılara beynəlxalq sertifikat təqdim olunacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
88
10
azertag.az

10Mənbələr