AZ

“Levski”nin futbolçusu: Bakıdakı oyunda uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 11 avqust, AZƏRTAC

Bakıda uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bolqarıstanın “Levski” komandasının futbolçusu Mazir Soula UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Sabah”la keçirəcəkləri cavab oyunu barədə danışarkən deyib.

Yarımmüdafiəçi azarkeşləri sevindirmək istədiklərini bildirib: “Onlar buna layiqdirlər. Bu dueldən qalib çıxmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, Bolqarıstanda keçirilmiş ilk matçda “Levski” 1:0 hesabı ilə qalib gəlib. Cavab qarşılaşması avqustun 14-də Masazırda yerləşən “Bank Respublika Arena”da keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
45
22
azertag.az

10Mənbələr