Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 1-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
“Samsunspor” doğma meydanda “Gənclərbirliyi”ni, “Antalyaspor” isə “Kasımpaşa”nı məğlub edib.
Turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək. “Fənərbağça” – “Alanyaspor”, “Karagümrük” – “Başakşəhər” və “Kayserispor” – “Beşiktaş” oyunları təxirə salınıb.
Türkiyə, Super Liqa
1-ci tur
8 avqust
Qaziantep – Qalatasaray 0:3
Qollar: B.A.Yılmaz, 12-pen; 45+2-pen. E.Elmalı, 16.
9 avqust
Samsunspor – Gənclərbirliyi 2:1
Qollar: Marius, 38-pen. Holse, 67 – M.Mimaroğlu, 88.
Antalyaspor – Kasımpaşa 2:1
Qollar: G.Vural, 19. Storm, 40 – Qeye, 31.
10 avqust
20:00. Rizəspor – Göztəpə
22:30. Eyüpspor – Konyaspor
11 avqust
22:30. Trabzonspor – Kocaelispor