İordaniya Suriyanın yenidən qurulmasına dəstək yollarını müzakirə etmək üçün çərşənbə axşamı Suriya və ABŞ rəsmiləri ilə görüş keçirəcək.
"Unikal" xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.
Qeyd edilib ki, Dəməşq müharibədən zərər çəkmiş iqtisadiyyatını dirçəltmək üçün beynəlxalq şirkətlərlə investisiya müqavilələri axtarır.
Görüşdə Suriya xarici işlər naziri Əsəd Əl-Şaibani və ABŞ-nin Suriya üzrə nümayəndəsi Tomas Barakın iştirakı gözlənilir.
Qeyd edək ki, Suriya iqtisadiyyatı təxminən 14 illik müharibədən Bəşər Əsədin dekabrda devrilməsindən sonra hələ də ağır vəziyyətdədir.