AĞCABƏDİ, 11 avqust. TELEQRAF
Ağcabədidə iki yük maşını toqquşub, sürücülər ağır xəsarət alıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, yol nəqliyyat hadisəsi ötən gecəBəhrəmtəpə Stansı Mingəçevir avtomobil yolunun Ağcabədi rayonu Qaradolaq kəndi ərazində keçən hissəsində baş verib.
Biləsuvar rayon sakini 1997-ci il təvəllüdlü Seymurov İsmayıl Vüqar oğlu idarə etdiyi "KamAZ"markalı yük avtomobili ilə Ağcabədi rayon Aşağı Avşar kənd sakini1962-ci il təvəllüdlüNadirov Əhliman Xanoğlan oğluna məxsus "KamAZ"markalı yük avtomobili ilə toqquşub. Qəza zamanıFHN-nin Ağcabədi rayon yanğınsöndürən hissəsininxilasediciləri sıxılı vəziyyətdə qalan Ə.Nadirovu çıxarıb. Yaralı sürücülər Ə.Nadirov və İ.Seymurov təcili tibbi yardım avtomobili ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.