AZ

Traktorla minik maşını toqquşdu - Xəsarət alanlar var

Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az-ın məlumatına görə, hadisə rayonun Abdulabad kəndi ərazisində qeydə alınıb.
 
Kənd sakini Qara Həsənovun idarə etdiyi QAZ-31 markalı avtomobillə həmkəndlisi Elnur Qasımovun idarə etdiyi "Belarus" markalı traktor toqquşub.
 
Hadisə nəticəsində 1988-ci il təvəllüdlü Qara Həsənov, 1984-cü il təvəllüdlü Elnur Qasımov, traktorda olan sərnişinlər - 1993-cü il təvəllüdlü Bayram Babayev və onun 2016-cı il təvəllüdlü oğlu M.Babayev yüngül xəsarətlər alıblar.
 
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
 
Faktla bağlı araşdırma aparılır.
Seçilən
105
9
moderator.az

10Mənbələr