AZ

"Kristal Pelas" İngiltərə Superkubokunu qazanan 5-ci London klubu oldu

BAKI, 11 avqust. TELEQRAF

Avqustun 11-də "Kristal Pelas" və "Liverpul" komandaları arasında İngiltərə Superkubokunun oyunu keçirilib.

Teleqraf xəbər verir ki, "Uembli" stadionunda təşkil olunan görüşün qalibi penaltilər seriyasında müəyyənləşib.

"Kristal Pelas" əsas vaxtı 2:2 hesabı ilə başa çatan matçın penaltilərində daha dəqiq olub - 3:2.

Bu, "qartallar"ın ilk İngiltərə Superkuboku tituludur.

Beləliklə, "Kristal Pelas" ölkə superkubokunun qazanan beşinci London klubu olub. Əvvəllər bu kuboku "Arsenal", "Çelsi" , "Tottenhem" və "Vest Hem" komandaları da əldə edə bilib.

Seçilən
37
50
teleqraf.com

10Mənbələr