BAKI, 11 avqust. TELEQRAF
Avqustun 11-də "Kristal Pelas" və "Liverpul" komandaları arasında İngiltərə Superkubokunun oyunu keçirilib.
Teleqraf xəbər verir ki, "Uembli" stadionunda təşkil olunan görüşün qalibi penaltilər seriyasında müəyyənləşib.
"Kristal Pelas" əsas vaxtı 2:2 hesabı ilə başa çatan matçın penaltilərində daha dəqiq olub - 3:2.
Bu, "qartallar"ın ilk İngiltərə Superkuboku tituludur.
Beləliklə, "Kristal Pelas" ölkə superkubokunun qazanan beşinci London klubu olub. Əvvəllər bu kuboku "Arsenal", "Çelsi" , "Tottenhem" və "Vest Hem" komandaları da əldə edə bilib.