Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Prezident Volodimir Zelenski İsveçin Baş naziri Ulf Kristerssonla telefon danışığı aparıb.
APA xəbər verir ki, dövlət başçısı bu barədə sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, telefon danışığı zamanı döyüş meydanındakı vəziyyət və diplomatik məsələlər müzakirə olunub.
“İsveç və digər Şimali Avropa ölkələri müharibənin tez, ədalətli və etibarlı şəkildə sona çatdırılmasını dəstəkləyir. Rusiya müharibəni başlamış tərəf kimi onu dayandırmaq üçün addımlar atmalıdır. Biz İsveç və digər tərəfdaşlarla mövqelərimizi möhkəmləndirmək üçün koordinasiyamızı davam etdirəcəyik”, – Zelenski bildirib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.