"Vladimir Putin atəşkəsə və müharibəni bitirməyə qətiyyən hazırlaşmır".
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelesnki axşam müraciətində deyib.
O bildirib ki, bu açıqlaması kəşfiyyat məlumatlarına əsaslanır.
V.Zelenski əlavə edib ki, həmin məlumatlara görə, Rusiya qoşunlarını yeni hücumlara başlamaq üçün hərəkətə gətirilir.