AZ

Putin müharibəni dayandırmağa qətiyyən hazır deyil Zelenski

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Ukrayna kəşfiyyatının əldə etdiyi məlumatlara əsasən, Rusiya Prezidenti Vladimir Putin müharibəni dayandırmaq niyyətində deyil.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında yayılan açıqlamasında bildirib.

Zelenskinin sözlərinə görə, mövcud kəşfiyyat hesabatları göstərir ki, Kremlin rəhbəri hərbi əməliyyatların davam etməsini istəyir və bununla bağlı heç bir addım atmaq fikrində deyil.

Ukrayna lideri vurğulayıb ki, belə bir vəziyyətdə ölkənin müdafiə qüvvələri və müttəfiqləri birgə səylə çalışmalı, həm döyüş meydanında, həm də diplomatik arenada aktiv olmalıdırlar.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
50
globalinfo.az

10Mənbələr