AZ

KİV: ABŞ-nin Məxfi Xidməti Tramp-Putin görüşü ərəfəsində mənzil kirayələyib

Ölkənin yüksək vəzifəli şəxslərinin mühafizəsinə cavabdeh olan ABŞ-nin Məxfi Xidməti Birləşmiş Ştatlar lideri Donald Trampla rusiyalı həmkarı Vladimir Putinin görüşü ərəfəsində Alyaska ştatının Ankoric şəhərində mənzil kirayələyib.

“Report” xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Görüşün keçiriləcəyi yer hələ rəsmi olaraq açıqlanmır, lakin rieltor Larri Disbrou nəşrə bildirib ki, o, Məxfi Xidmətin tələbi ilə Ankoricdə “altı otaqlı mülk” icarəyə verib.

Tramp avqustun 8-də deyib ki, o, Putinlə avqustun 15-də Alyaskada görüşəcəyini gözləyir. Danışıqların planlarını sonra Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov da təsdiqləyib. Kreml Putinlə Trampın növbəti görüşünün Rusiya ərazisində baş tutacağını gözləyir.

Seçilən
37
2
report.az

10Mənbələr