ABŞ Prezident Administrasiyası Donald Trampın Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə Alyaskada üçtərəfli sammit keçirməyə açıq olduğunu bəyan edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bununla belə, Ağ Evin nümayəndəsi qeyd edib ki, Vaşinqton hazırda yalnız Vladimir Putinlə görüş hazırlayır.
O vurğulayıb ki, bunu Rusiya prezidenti özü istəyib.
Daha əvvəl "NBC News" mənbələrə istinadən xəbər vermişdi ki, Ağ Ev Vladimir Putin və Donald Tramp arasında avqustun 15-də görüşün keçiriləcəyi Alyaskaya Volodimir Zelenskini dəvət edə bilər.
Telekanalın həmsöhbəti bu variantın "müzakirə olunduğunu" bildirib.