“Sabah” basketbol klubu dörd üzvü ilə yollarını ayırıb.
Sportinfo.az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, “bayquşlar” Trevon Duval, Kamron Blu, Mayk Holton və Aydın İbrahimovla başa çatan müqaviləni yeniləməyib.
“Sabah” basketbolçulara əməkdaşlığa görə təşəkkür edərək gələcək karyeralarında uğurlar arzu edib.