RU

ABŞ Alyaskada Putin və Zelenskininin iştirakı ilə üçtərəfli sammit keçirməyə hazırdır

ABŞ Prezident Administrasiyası Donald Trampın Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə Alyaskada üçtərəfli sammit keçirməyə açıq olduğunu bəyan edib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bununla belə, Ağ Evin nümayəndəsi qeyd edib ki, Vaşinqton hazırda yalnız Vladimir Putinlə görüş hazırlayır.

O vurğulayıb ki, bunu Rusiya prezidenti özü istəyib.

Daha əvvəl "NBC News" mənbələrə istinadən xəbər vermişdi ki, Ağ Ev Vladimir Putin və Donald Tramp arasında avqustun 15-də görüşün keçiriləcəyi Alyaskaya Volodimir Zelenskini dəvət edə bilər.

Telekanalın həmsöhbəti bu variantın "müzakirə olunduğunu" bildirib.

Избранный
37
4
far.az

10Источники