AZ

Vaşinqton görüşü Azərbaycanın yaratdığı yeni regional reallığın beynəlxalq səviyyədə tanınmasıdır Politoloq

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 10 avqust, AZƏRTAC

Prezident İlham Əliyevin Vaşinqton səfəri, sadəcə, diplomatik təqvimdə yer alan növbəti görüş deyildi. Bu, Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirən, Cənubi Qafqazın siyasi arxitekturasını dəyişdirən strateji hadisə idi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Züriyə Qarayeva söyləyib.

O bildirib ki, ABŞ Prezidenti Donald Trampın ev sahibliyi etdiyi danışıqlar masasında müzakirə edilən məsələlər, illərdir regionu gərginlik içində saxlayan problemlərin həlli üçün konkret yol xəritəsinə çevrildi.

"Vaşinqton razılaşmaları ilə Azərbaycan ilk dəfə ABŞ-la münasibətlərini rəsmi şəkildə strateji tərəfdaşlıq səviyyəsinə qaldırdı. Bu, enerji marşrutlarından rəqəmsal infrastruktur və müdafiə sənayesinə qədər geniş spektrli əməkdaşlıq deməkdir. SOCAR ilə “ExxonMobil” arasındakı yeni saziş bu əməkdaşlığın iqtisadi təməlini qoyur, ABŞ texnologiyasının və sərmayəsinin ölkəyə daxil olmasına şərait yaradır.

Regional planda isə tarixi irəliləyiş baş verdi – Azərbaycan və Ermənistan sülh müqaviləsinin mətnini parafladı. Bu addım təkcə münaqişənin formal olaraq bitməsi deyil, həm də Ermənistan Konstitusiyasındakı ərazi iddialarının aradan qaldırılması öhdəliyinin qəbul olunmasıdır. Ən önəmlisi, Naxçıvana maneəsiz quru yol açılmasına dair razılıq əldə edildi və bu dəhlizin ABŞ qarantlığı ilə işləyəcəyi təsdiqləndi.

Vaşinqton görüşü Azərbaycanın 2020-ci ildə yaratdığı yeni regional reallığın beynəlxalq səviyyədə tanınmasıdır. İllərlə təzyiq və təcrid siyasətinə məruz qalan Bakı indi oyunun qaydalarını müəyyən edən tərəfdir. Bu səfərin verdiyi mesaj aydındır: Azərbaycan artıq yalnız regional güc deyil, həm də qlobal diplomatiyanın etibarlı tərəfdaşıdır",- deyə Z. Qarayeva əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
77
50
azertag.az

10Mənbələr