AZ

Dəhşətli qəza 25 can aldı

Keniyanın qərbində yerləşən Kisumu şəhərində cümə günü axşam saatlarında baş verən yol qəzasında ölənlərin sayı 25-ə çatıb.

Bu barədə Publika.az “Sinxua” agentliyinə istinadən xəbər verir.

Daha əvvəl bildirilib ki, avtobus sürücüsü idarəetməni itirərək qarşıdakı zolağa çıxıb və nəticədə nəqliyyat vasitəsi aşaraq xəndəyə düşüb. Qəzada 21 nəfər hadisə yerində ölüb.

Keniya Səhiyyə Nazirliyinin sözçüsü Fredrik Ouma Oluqa bu gün bildirib ki, qəzada yaralanan 4 nəfər xəstəxanada ölüb. Bununla da ölənlərin sayı 25-ə çatıb.

Seçilən
43
5
publika.az

6Mənbələr