AZ

Keniyada avtobus qəzası - ölənlərin sayı 25-ə çatdı

Keniyanın qərbində yerləşən Kisumu şəhərində cümə günü axşam saatlarında baş verən yol qəzasında ölənlərin sayı 25-ə çatıb.

Bu barədə News24.az “Sinxua” agentliyinə istinadən xəbər verir.

Daha əvvəl bildirilib ki, avtobus sürücüsü idarəetməni itirərək qarşıdakı zolağa çıxıb və nəticədə nəqliyyat vasitəsi aşaraq xəndəyə düşüb. Qəzada 21 nəfər hadisə yerində ölüb.

Keniya Səhiyyə Nazirliyinin sözçüsü Fredrik Ouma Oluqa bu gün bildirib ki, qəzada yaralanan 4 nəfər xəstəxanada ölüb. Bununla da ölənlərin sayı 25-ə çatıb.

Hadisənin səbəbləri ilə bağlı araşdırmalar davam edir.


Seçilən
71
5
news24.az

6Mənbələr