AZ

Tramp Dövlət Departamentinin sözçüsünü BMT-yə göndərmək istəyir

ABŞ prezidenti Donald Tramp Dövlət Departamentinin sözçüsü Temmi Bryusun ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini vəzifəsinə namizədliyini irəli sürüb.Azreform.info xəbər verir ki, ABŞ Prezidenti bu barədə Truth Social-da yazıb.

“Mən böyük vətənpərvər, televiziyanın tanınmış siması və ən çox satılan əsərlərin müəllifi Temmi Bryusu səfir rütbəsi ilə ABŞ-nin BMT-dəki daimi nümayəndəsinin növbəti müavini vəzifəsinə irəli sürdüyümü elan etməkdən məmnunam”, o yazıb.

Bryus yanvar ayından Dövlət Departamentinin mətbuat xidmətinə rəhbərlik edir.

Azreform.info

Elvin

Seçilən
51
8
azreform.info

10Mənbələr