AZ

Tramp Temmi Bryusu BMT dəki daimi nümayəndənin müavini postuna namizəd göstərib

Apa.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ Prezidenti Donald Tramp Dövlət Departamentinin sözçüsü Temmi Bryusun namizədliyini ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini vəzifəsinə irəli sürüb.

APA xəbər verir ki, Tramp bu haqda öz “Truth” hesabında məlumat verib.

"Mən böyük vətənpərvər, televiziyanın tanınmış siması və ən çox satılan əsərlərin müəllifi Tammi Bryusu ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin səfir rütbəsi ilə növbəti müavini vəzifəsinə irəli sürdüyümü elan etməkdən məmnunam.", - Tramp yazıb.

Qeyd edək ki, Bryus bu ilin yanvar ayından Dövlət Departamentinin sözçüsüdür.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
47
8
apa.az

10Mənbələr