İstanbuldan Sankt-Peterburqa doğru uçan təyyarə pilotun xəstəliyi səbəbindən uçuş hava limanına qayıdıb.
Publika.az xəbər verir ki, bu barədə "HavaSosyalMedya" portalı məlumat yayıb.
“İstanbulun Sabiha Gökçen hava limanından Sankt-Peterburqa uçan TC-JHE qeydiyyat nömrəli “Boeing 737” təyyarəsinin pilotları havaya qalxdıqdan qısa müddət sonra problemlə üzləşiblər”, – məlumatda deyilir.
Portal qeyd edib ki, Türkiyənin İstanbul hava limanından VF291 reysi olan "AJet" aviaşirkəti avqustun 9-u şənbə günü saat 21:09-da havaya qalxıb. Lakin təyyarə Rumıniya üzərində səmada qəfil dönüb və saat 23:39-da İstanbula qayıdıb.