Batumi Beynəlxalq Hava Limanı duman səbəbindən təyyarələri qəbul edə bilmir.
Operativ Media xəbər verir ki, bu barədə gürcü KİV məlumat yayıb.
Mətbuatda yayılan məlumata görə, İstanbuldan uçan Türk Hava Yollarına məxsus təyyarə iki dəfə hava limanına enməyə cəhd edib, lakin eniş edə bilməyib. Bundan başqa Təl-Əviv-Batumi reysini yerinə yetirən təyyarə də eniş edə bilməyib.