AZ

Putin niyə Alyaskanı seçdi?

Gələn həftə, avqustun 15-də ABŞ-nin Alyaska ştatında Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında görüş keçiriləcək. Bu, son dörd ildə iki ölkə arasında keçiriləcək ilk yüksək səviyyəli sammit olacaq. Lakin görüşün iştirakçı heyəti ilə bağlı məlumatlar hələ də dəqiqləşməyib. Xüsusilə, Ukrayna Prezidenti Volodimir Zelenskinin müzakirələrdə iştirak edib-etməyəcəyi bilinmir.

"Fox News" yazır ki, Putin və Tramp görüşü avqustun 11-də Romada keçirilə bilərdi. Zelenski bu təklifi dəstəkləsə də, Rusiya Avropa ölkələrini görüş üçün münasib saymayıb. Sonradan Tramp sosial şəbəkədə görüşün Alyaskada olacağını açıqlayıb və bu məlumat Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov tərəfindən təsdiqlənib. O əlavə edib ki, gələcəkdə Rusiyada başqa bir sammitin də təşkili mümkündür və ABŞ Prezidentinə dəvət artıq çatdırılıb.

Görüşün Alyaskada keçirilməsi təsadüfi deyil. Yuri Uşakovun sözlərinə görə Rusiya ilə ABŞ arasında sərhəd burada keçir və iki ölkənin Arktikada iqtisadi maraqları üst-üstə düşür. Rusiyanın İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev Alyaskanın görüş üçün ideal yer olduğunu vurğulayıb.

Görüşdə müzakirə olunacaq əsas mövzu kimi Ukraynadakı münaqişənin dayandırılması ilə bağlı danışıqlar göstərilir. "Bloomberg" yazır ki, tərəflər qarşılıqlı atəşkəs razılaşmasının şərtlərini müzakirə edəcəklər.

Məlumatlar ABŞ Prezidentinin xüsusi elçisi Stiven Witkoff tərəfindən də təsdiqlənib. Lakin Ukrayna və bir sıra Avropa ölkələri bu təşəbbüslərə ehtiyatla yanaşırlar.

İslam
Milli.Az

Seçilən
49
47
milli.az

10Mənbələr