AZ

Prezident İlham Əliyevin Ağ Evə gəlmə anı - VİDEO

Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağ Evə gəlib. 

"Cebheinfo.az" xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp dövlətimizin başçısını qarşılayıb.

Ağ Evdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp ilə görüşü olub.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzalayıblar.

Sonda Ağ Evin rəmzi açarını Prezident İlham Əliyevə təqdim edən Prezident Donald Tramp bildirib ki, "Bu, Ağ Evin rəmzi açarıdır. Mən bunu nadir hallarda təqdim edirəm".

"Cebheinfo.az"

Seçilən
2
10
cebheinfo.az

10Mənbələr