Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Ağ Evin rəmzi açarını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edib.
Oxu.Az xəbər verir ki, bu, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzaladıqdan sonra söhbət əsnasında baş verib.
"Bu Ağ Evin rəmzi açarıdır. Mən bunu nadir hallarda təqdim edirəm", - deyə Donald Tramp bildirib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.